“Bakı Metropoliteni” QSC-də kadr dəyişikliyi olub.

Mia.az Oxu.az-a istinadən xəbər verir ki, qurumun Depolarla iş departamentinin rəhbəri Faiq Əhmədov vəzifədən azad olunub.

Bu barədə QSC-nin sədri Vüsal Aslanov Əmr imzalayıb.

F.Əhmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

QSC sədrinin digər Əmri ilə həmin vəzifəyə Rəhman Kərimov təyin olunub.