Suriyada ordusu ilə Suriya Demokratik Qüvvələri (YPG/SDQ) adlanan qruplaşma arasında növbəti dəfə atəşkəs elan olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, YPG terror təşkilatı ilə əldə edilən son razılaşma çərçivəsində bütün hərbi əməliyyat zonalarında yanvarın 20-də, Bakı vaxtı ilə saat 21:00-dan etibarən 4 günlük atəşkəs elan edilib.

Suriya Prezident Aparatından bildirilib ki, hökumət və YPG terror təşkilatının Haseke əyalətinin gələcəyi ilə bağlı bir sıra məsələlərdə razılığa gəliblər: "Suriya hökuməti YPG-yə işğal etdiyi ərazilərin tam inteqrasiyası üçün məsləhətləşmələr aparmaq üçün 4 gün vaxt verib". 

Tahir Şəlvəli

MİA.AZ