Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclası keçirilib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edib.
***
"Sülh üçün öhdəlik götürülərsə, qısa zaman kəsiyində iki ölkə sülhə nail ola bilir”.
Mia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: “İmzalanan (Vaşinqtonda sülh sazişi ilə bağlı – red.) isə günümüzdə praktiki nəticələrə çevrilir. Bu, gələcəkdə 5-6 aylıq sülh deyil və təbii, danmırıq ki, müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq”.
***
“Ermənistan tərəfindən müraciət daxil oldu ki, artıq Ermənistandan Rusiyaya tranzitə icazə verilsin”.
Mia.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı səsləndirib.
Dövlət başçısı deyib ki, biz de-fakto olaraq birtərəfli şəkildə dəhlizləri Ermənistan üçün açdıq:
“Bəli, hazırda nəqliyyat Gürcüstan vasitəsilə həyata keçirilir. Amma bir gün Ermənistandan birbaşa Azərbaycan vasitəsilə tranzit təmin ediləcək və o gün uzaqda deyil”.
***
“Artıq beynəlxalq təsisatlara etibar etməməliyik. Aleksandarla (Vuçiç – red.) razıyam ki, bu gün vəziyyətimiz ola bilsin əvvəlki illərlə müqayisədə daha kəskindir”.
Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı bildirib.
“Amma mən onun müəyyən, yəni bədbin fikirlərini bölüşmürəm. Çünki vəziyyəti nəzarət altına alsaq, milli maraqlarımızla bağlı öhdəlikləri kifayət qədər götürsək, o zaman xalqların uğur qazanması mümkündür”, - deyə dövlət başçısı əlavə edib.