İçkili halda “TikTok”da canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov üzr istəyib.
O, bu barədə videoaçıqlama yayıb.
“Hər kəsdən üzr istəyirəm. Namaz qılıb oruc tutmasam da, həmişə Allaha inanmışam. Mənəvi dəyərlərə hörmət edirəm. İşlətdiyim ifadələr spirtli içkinin təsiri altında olub. Din əhlindən üzr istəyirəm”, - deyə o, söyləyib.
Qeyd edək ki, H.Eyvazovun eyni zamanda Füzuli RİH-də sürücü işlədiyi deyilsə də, qurumdan onun uzun müddətdir RİH-də çalışmadığı bildirilib. İcra başçısının ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova isə həyat yoldaşının gündəm olan videosundan sonra işdən ayrılmaq üçün ərizə yazıb/Qafqazinfo