İstanbulda narkotik və fahişəliyə cəlbetmə ittihamı ilə saxlanılan "Habertürk" kanalının Baş redaktoru Mehmet Akif Ərsoyun keçmiş həyat yoldaşı, məşhur aparıcı Pınar Ərbaşın işinə də "Show TV"də xitam verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, keçmiş ərinin həbsindən sonra adının mediada çox hallanması səbəbindən məzuniyyətə çıxan aparıcıya "daha işə gəlmə" deyilib.

Bu barədə açıqlama verən aparıcı işindən keçmiş həyat yoldaşının "əsas" göstərilməsini qəbuledilməz və böyük haqsızlıq adlandırıb: "Qısamüddətli məzuniyyətdə idim. Əvvəlcə məzuniyyətim uzadıldı, sonra isə geri qayıtmamağım bildirildi.  Rolum olmayan hadisədə qurban olmağımı qəbul etməyim mümkün deyil. Böyük bir ədalətsizlikdir...

Hüquqi və mənəvi cəhətdən sorğu-sual edilə bilməyən bir vəziyyətdə olsam da, "keçmiş həyat yoldaşı" olmağın əsaslandırılması ilə işimdən kənarlaşdırlmağımıa münasibəti ictimaiyyətin öhdəsinə buraxıram".

Aparıcı burada qadın haqlaırna da diqqət çəkib: "Əgər mən bir qadın olaraq bu ittihamların mərkəzində olsaydım, qarşı tərəf işdən çıxarılardımı? Bunu sual kimi verdim, amma cavab əslində, bilirəm...".

Aparıcının etirazını aşağıda olduğu kimi oxuya bilərsiniz:

Firudin Səfərli

MİA.AZ