"Beşiktaş"ın negeriyalı futbolçusu Vilfred Ndidi ölkəsinin yığma komandasının heyətində Afrika Millətlər Kuboku çərçivəsində Əlcəzairlə matçda zədələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ona bud əzələsində gərginlik və qanaxma diaqnozu qoyulub.

Bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, Əlcəzairə qarşı Afrika Millətlər Kuboku matçının 70-ci dəqiqəsində futbolçu sol bud əzələsindəki ağrı səbəbindən oyuna davam edə bilməyib: "Matçdan sonra milli komandasının tibb heyəti tərəfindən aparılan MRT müayinəsində ona bud əzələsində gərginlik və qanaxma diaqnozu qoyulub. Vilfred Ndidinin müalicə prosesi başlanılıb"

Fərid ASLAN

MİA.AZ