“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi 3 ədəd “BMW 520i” markalı xidməti nəqliyyat vasitəsi alır.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, avtomobillərin alınmasına 364 140 AZN sərf olunacaq.
“Regional Su Meliorasiya Xidməti” və satışı həyata keçirəcək “İmprotex Motors” MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Qeyd: MMC sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.