Atəşkəs razılşamasına baxmayaraq, bu gün səhərdən etibarən israil ordusu Qəzza zolağının bir oçx bölgələrini qısa fasilələrlə yayılım atəşə tutmağa başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzza şəhərinin şərqindəki Tuffah məhəlləsini bombalayıb.

Bununla bərabər, Qəzza Zolağının mərkəzindəki Bureyc Qaçqın Düşərgəsi isə artilleriya atəşinə tutulub: "Cənubdakı Xan Yunis şəhəri isə müxtəlif hərbi maşınlarının şiddətli atəşinə məruz qalıb. İlkin məlumata görə, xeyli ölən və yaralananlar var".

Xəbərdə deyilir ki, itkilər dəqiqləşdirilir.

İsrail ordusu bölgədə aktivləşən yaraqlıların hədəf alındığını açıqlayıb.

Tahir Şəlvəli

MİA.AZ