Maliyyə Nazirliyinin aparatının Maliyyə Xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyev pensiyaya çıxıb.

Mia.az xəbər verir ki, bu barədə nazirlikdəki mənbə Yurd.media-ya bildirib.

Məlumata görə, hazırda onun səlahiyyətlərini müavini Gündüz Əliyev icra edir.

O, həmçinin Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasında keçmiş müdiri əvəz edir.

Xatırladaq ki, dünən Maliyyə Nazirliyinin "ağır topları"ndan olan XİN başçısı Ceyhun Bayramovun qardaşı Azər Bayramov da nazirlikdən İqtisadiyyat Nazirliyinə "köçürülüb".

Mia.az-ın əldə etdiyi məlumata görə, Sahil Babayev istər aparatda, istərsə də nazirliyin tabeliyindəki Agentliklərdə xeyli şəxsi sistemdən uzaqlaşdırıb. 

F.Səfərli

MİA.AZ