Ölkənin milli pulunun dəyər itirməsinə etirazla başlayan etirazların 18-ci günü İranda ölənlərin sayı ilə bağlı kədərli xəbərlər yayılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda ABŞ-da yerləşən İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi son məlumatı paylaşıb.
Məlumata görə, aksiyalarda indiyədək 2615 nəfərin öldürülmə faktı təsdiqlənib: "Aksiyalarda 2054 nəfər yaralanıb, 18470 nəfər saxlanılıb".
Tahir Şəlvəli
MİA.AZ