İran ABŞ-ın gözlənilən hücumu ilə bağlı tək Vaşinqtona deyil, oun bölgədəki müttəfiqləriinə də mesaj göndərib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmisi "Reuters" xəbər agentliyinə bildirib.
O, İrana hücum oarsa, oz aman Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə qədər ABŞ-ın regiondakı bütün ölkələrdəki ABŞ bazalarının onların hədəfi olacağını açıq dillə ifadə edib: "Biz artıq bu barədə həmin ölkələri məlumatlandırmışıq. Onlardan tələb etmişik ki, hava məkanlarını ABŞ-a qapatsınlar və hücuma mane olsunlar. Əks halda cavabımız olacaq!".
Məlumatda o da deyilir ki, mıhz bu səbəbdə region ölkələri ABŞ-dan İrana ehtimal olunan hücumu etməməyi istəyirlər.
Samir MUSAYEV
MİA.AZ