Fransada Avropa Birliyi (AB) ilə Cənub Ortaq Bazarı (MERCOSUR) arasında hazırda imzalanma mərhələsində olan sərbəst ticarət müqaviləsinə etiraz edən fermerlər parlamentin qarşısına etiraza toplanıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, traktorlar və yük maşınları ilə parlament (Milli Assambleyası) binasının qarşısına 3toplaan fermerlər yük maşınlarında olan 30 ton kartofu yerə boşaldıblar.
Bundan sonra traktorlarla yollar kəsilib, fermerlər axşam saatlarına qədər etiraz şüarlar səsləndirməyə başlayıblar. Daha sonra isə onların çoxu daöılışıb, çox az sayda fermer isə hələ də etirazını davam etdirir.
Fransadakı Kartof İstehsalçıları Cəmiyyətindən bildirilib ki, aksiyada məqsəd kənd təsərrüaft sahəsindəki çətin vəziyyətə diqqət çəkmək olub: "Fransa kənd təsərrüfatı sektorundakı fermerlər birləşib, onlar öz gəlirlərini, standartlarını və ölkənin kənd təsərrüfatı sektorunun suverenliyini qorumağa qərarlıdır. Bəli, AB-MERKOSUR müqaviləsi fermerlər üçün ədalətsiz rəqabət yaradacaq. Bunun üşün təcili və konkret fəaliyyət planı tələb olunur".
Xatrladaq ki, AB ölkələri 9 yanvarda AB-MERKOSUR azad ticarət müqaviləsini təsdiqləyiblər. Bu müqaviləyə əsasən, mal əti, quş əti, süd məhsulları, şəkər və etanol kimi müəyyən kənd təsərrüfatı məhsullarına gömrük imtiyazları veriləcək.
Lakin, Avropa fermerləri iddia edirlər ki, aşağı standartlara uyğun istehsal olunduğunu iddia etdikləri ucuz kənd təsərrüfatı məhsullarının axını Aİ bazarını dolduracaq və potensial olaraq bir çox ailə təsərrüfatlarının iflasına səbəb olacaq.
Samir Musayev
MİA.AZ