Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının tərkibi dəyişib.
Mia.az xəbər verir ki, Şuranın üzvü olan Maliyyə Nazirliyinin aparatının Maliyyə Xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyevi onun müavini Gündüz Əliyev əvəz edib.
Bundan başqa, bir qədər əvvəl Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin edilmiş və indiyə qədər Himayəçilik Şurasında Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyini təmsil edən Sadiq Əliyev Şuranı tərk edib.
Hazırda Himayəçilik Şurasına Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Gülər Paşayeva sədrlik edir. Onun Şuradakı müavini isə AMB-nin baş direktoru Şahin Mahmudzadədir.
Himayəçilik Şurasına həmçinin iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin (İH) sədr müavini Elmir Həbibullayev və "Kapital Bank" ASC-nin İH-nin üzvü Fərid Hidayətzadə daxildir.