2025-ci ildə Azərbaycanda siyasi fəaliyyət sahəsində diqqətçəkən bir yenilik qeydə alınıb. Belə ki, Vəhdət Partiyası ölkədə ilk dəfə olaraq partiya sədrinin müavini vəzifəsinin funksiyalarını süni intellekt əsaslı qadın modelə həvalə edib.
Partiyadan verilən açıqlamaya görə, bu təşəbbüs idarəetmədə rəqəmsallaşmanın tətbiqi, qərarların daha operativ və analitik əsaslarla verilməsi, həmçinin innovativ siyasi yanaşmanın formalaşdırılması məqsədi daşıyır.
Bu yeniliyin partiyaya qatdıqları, süni intellekt əsaslı qadın modelin hansı işləri gördüyü, partiyanın qərarverməsinə nə qədər töhfə verdiyi maraq doğuran məsələlərdir.
Mia.az Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvininn Modern.az-ambu barədəki açıqlamasını ixtisarla təqdim edir: “Biz bu modeli “nə edir?” sualı ilə yox, daha çox “nə etmir?” sualı ilə izah etməyi üstün tuturuq. Çünki cəmiyyətdə süni intellektlə bağlı ən böyük narahatlıq-onun insanı və siyasi iradəni əvəz etməsi qorxusudur. Bizim yanaşmamız tam əksinədir. Hazırda bu süni intellekt düşünmür, qərar vermir, hökm çıxarmır. O, sadəcə olaraq partiyaya daxil olan böyük həcmdə informasiyanı-vətəndaş müraciətlərini, sosial narahatlıqları, ictimai gözləntiləri-sakit, emosiyasız və sistemli şəkildə bir araya gətirir.
Amma bir şeyi xüsusi vurğulamaq istəyirəm: süni intellekt nə səs verir, nə qərar qəbul edir, nə də kiminsə yerinə məsuliyyət daşıyır. O, sadəcə rəhbərliyə bütün məlumatları çatdırır və biz artıq hansısa məsələ haqqında qərar verərkən ‘bunu bilmirdik’ deməyimiz mümkün olmur.
Bu yanaşma texniki təhlükəsizliyi, eləcə də siyasi və hüquqi nəzarəti tam şəkildə təmin edir. Yəni burada söhbət “hazır proqram”dan deyil, Azərbaycanda lokallaşdırılmış, institusional və tam nəzarət olunan kompleks texnoloji həllərdən gedir”.
Qeyd edək ki, adı vaxtilə müxətlif qalmaqallarda halanan Aydəm İsmayılov ötən il Tahir Kərimli ilə anaşaraq bu partiyanın sədri postuna sahiblənib.
MİA.AZ