Türkiyə universitetlərinə qəbul imtahanının vaxtı açıqlanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TR-YÖS imtahanlarə 12 apreldə keçiriləcək.
Məlumata görə, Azərbaycan da daxil, dünyanın 50-yə yaxın ölkəsində keçiriləcək imtahanlara sənəd qəbuluna bu gündən start verilib: "2026-cı il Türkiyə Beynəlxalq Tələbə Qəbulu İmtahanı (2026-TR-YÖS/1) üçün sənəd qəbulu 3 fevrala qədər davam edəcək. Namizədlər müraciətlərini fərdi olaraq ÖSYM-in "tryos.osym.gov.tr" veb saytı vasitəsilə edə bilərlər".
Lamiyə Əhmədli
MİA.AZ