"İrandakı vəziyyətlə bağlı hərbi ritorikanın artmasından çox narahatıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT-nin Baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında suallara cavabda deyib.
O, ABŞ prezidenti Donald Trampın iranlı etirazçılara nümayişləri davam etdirməyə çağırmasını və "kömək yoldadır" mesajını verməsinin narahatedici hal olduğunu gizlətməyib: "Təbii ki, biz yeni müharibə təhlükəsini izləyirik və bunu qətiyyətlə isətmirik. Hesab edirik ki, üzv dövlətlər İrandakı durumu güclə deyil, diplomatiya ilə yoluna qoymalıdır"
Samir Musayev
MİA.AZ