ABŞ Prezidenti Donald Tramp İran rəsmiləri ilə bütün görüşləri ləğv edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.
O, İranda 15 gündür davam edən nümayişçilərə müraciət edərək, dayanmamağa çağırıb: "İranlı vətənpərvərlər sizə səslənirəm: etirazlarınızı davam etdirin, qurumlarınızı ələ keçirin. Qatillərin və zorakılıq edənlərin adlarını qeyd edin. Onlar bunun çox ağır əvəzini ödəyəcək!. Etirazçıların öldürülməsi dayanana qədər İran rəsmiləri ilə bütün görüşlərimi ləğv etdim. Kömək yoldadır".
Tramp həmçinin mesajının sonuna "İranı yenidən böyük edəyin!" mənasını verən "MIGA" işarəsini paylaşıb.
Firudin Səfərli
MİA.AZ