ABŞ Prezidenti Tramp İranda 500 nəfərdən çox ölümlə müşaiyət olunan aksiyalarla bağlı Tehran rejimini yenə hədələyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə də o, Ağ Evə dönərkən jurnalistlərin sualına cavabda deyib.
Tramp İrana hər an müdaxilə imkanı olduğunu bəyan edib: "Amerika ordusunun İrana qarşı variantları öyrənir. İran artıq qırmızı xətti keçməyə başlayıb. Tehran rejiminə qarşı nə vaxt, harada və ya necə hərəkət edəcəyimiz bizim planımızdır. İrandakı etirazlarla bağlı hər saat hesabat alıram. Deyə bilərəm ki, İran liderləri lider deyillər. Onlar zorakılıqla ölkəni idarə edirlər. Biz bunu çox ciddi qəbul edirik. Ordu da bunu araşdırır və masada çox güclü seçimlərimiz var."
Tramp əlavə edib ki, İran rəsmiləri bir gün əvvəl ABŞ-la əlaqə saxlayıblar: "Onlar bizə nüvə sazişi üzrə danışıqlar aparmağı təklif edir. Biz onlarla danışa bilərik. Görüş təşkil olunur. Lakin, ölkədəki etirazlarla bağlı görüşdən əvvəl tədbir görməli ola bilərik."
O, İran xalqının internetə çıxışının olmadığı və dünya ilə əlaqənin itməsi barədə suala isə belə cavab verib: "Maskla danışa və Starlink vasitəsilə ölkədə interneti yenidən aktivləşdirilə bilər".
Samir MUSAYEV
MİA.AZ