"Ümid edirəm ki, bu komandanı Super Liqaya, ya ilk 2-likdə, ya da pley-off zonasına çıxaracağıq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Pendikspor"un baş məşqçisiu Uğur Uçar  20-ci turda qonaq etdiyi "Bodrum"la 0-0 hesablı oyundan deyib.

O bildirib ki, bu oyuna gənc futbolçularla başladıqların vı layiqli mübarizə apardıqlarını deyib: "Təəssüf ki, qol şansları yaratdıq, amma yararlana bilmədik. Ruhdan düşməyəcəyik. Dediyim kimi, Super Liqaya yüksəlmə hədəfimizdən zərrə qədər vaz keçməyəcəyik. Hazırda çox böyük büdcəsi olan bir komanda ilə aramızda 4 xal fərqi var.  2-ci yerdəyik. Məncə, pis mövqedə deyilik. Ümid edirəm ki, bu komandanın Super Liqaya yüksəlməsinə nail olacağıq"

Fərid ASLAN

MİA.AZ