"Beşiktaş"dan ayrılan qolkiper Mert Günok "Fənərbağça"ya transfer olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, milli komandanın da qapısını qoruyan Mert Günok yeni komandası ilə 2,5 illik müqaviləyə imza atıb.

Yeni komandasında 34 nömrəli forma geyinəcək Mert Günok tarixi klub geri gəldiyi üçün çox sevincli olduğunu deyib: "Buraya yenidən qayıtdığım üçün çox xoşbəxtəm. 34 nömrəli forma ilə bir çox uğur qazandım. Buna görə də yenidən 34 nömrəli formanı geyinmək istədim. Bu nömrənin şansına və mövsümün sonunda çempion olacağımıza inanıram".

Fərid ASLAN

Mia.az