Türkiyə Super Liqasında çıxış edən "Fatih Karagümrük" klubu 18 yaşlı futbolçu ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub Abdul Kader Mussa Kone ilə müqavilə imzalayıb.

Müqavilənin müddəti 2.5 ildir. 

Məlumatda müqavilənin maliyyə dəyəri açıqlanmayıb.

Fərid ASLAN

Mia.az