Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.
Mia.az xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Hasil Vasif oğlu Abbasov bu vəzifəyə təyin edilib.
H.Abbasov 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2008-2010-cu illərdə Makquari Universitetində (Avstraliya) beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb. 2012-ci ildən əmək fəaliyyətinə başlayan yeni sədr 2024-cü ilin oktyabr ayından hazırkı vəzifəsinə qədər DMA-nın sədr müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Agentliyin əvvəlki sədri Sadiq Əliyev digər sahədə fəaliyyətə başlamaq istəyi ilə bağlı ərizəsinə əsasən işdən azad edilib.