""Apple Daily" qəzetinin təsisçisi və Honkonqda bağlanmış tanınmış müxalifət media maqnatının sahibi Cimmi Lainin azadlığa buraxılmasını Prezident Si Cinpinlə müzakirə etmişəm. Lakin hələ xahişimə müsbət cavab almamışam".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp "The Hugh Hewitt Show" verilişində deyib.
O, bununla belə Çin lideri ilə dost olduğunu, apreldə görüşəcəklərini qeyd edib.
Venesueladan sonra Kubadakı vəziyyətə də toxunan Tramp deyib: "Onların bütün həyatları Venesueladan asılı idi. Onlar nefti və pulu Venesueladan alırdılar. İndi bu, yoxdur. Orada nəisə vurmağa, partlatmağa məncə, gərək yoxdur. Havana hökuməti hazırda ipdən asılı vəziyyətdədir. Kuba çox ciddi bir böhran içində çabalayır. Düzdür, onlar hələ tam çökməyiblər, amma düşünürəm ki, daxili dinamikaları ilə buna olduqca yaxınlaşırlar...".
Samir Musayev
MİA.AZ