İranda 11 gündür davam edən qanlı etirazlarda ölənlərin sayı 38-ə çatıb. Ölkənin bir çox böyük şəhərlərində həyat iflic olub. Yerlərdə təhlükəsizlk qüvvələri ilə etirazçılar arasında açıq toqquşmalar davam edir. Beə bir məqamda Ağ Evdən İrana açıq-aşkar hücum xəbərdarlığı verilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ağ Evdən İrandakı nümayişlərə bağlı Tehran rejiminə "barmaq silkələnib".
Ağ Evdən adı açıqlanmaya rəsmilərdən biri "Iran International"a bildirib ki, əgər İran dinc etirazçıları öldürməyə, zorakılıqlara davam etməyə qərarlı olarsa, ABŞ rejim liderlərinə bunun qarşılığını güclə verəcək: "Prezident Tramp bu sözü boşuna deməyib. Əgər İran, adət etdiyi kimi, dinc etirazçılara atəş açsa və onları zorakılıqla öldürsə, çox ağır cavabla qarşılaşacaqlar. Prezident Tramp "Gecəyarısı çəkic" və ya "Mütləq Qətiyyət" əməliyyatları ilə sözünə sadiq olduğunu təsdiqləyib".
Xatırladaq ki, 11 gündür 31 şəhərdə 348 fərqli ərazilərdə davam edən etirazlarda ölənlərin sayı 38-ə çatıb, 2217 nəfər saxlanılıb.
İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) verdiyi məlumata görə, ölən 38 nəfərdən 4-ü polisdir: "Çoxlu yaralı var. Yaralıların böyük əksəriyyətində odlu silah və plastik güllələrin izləri var".
Hakimiyyət orqanları hələlik ölən və ya yaralananlarla bağlı açıqlama verməyib.
Tahir Şəlvəli
MİA.AZ




