ABŞ Rusiyada qeydiyyatdan neft tankerinə beynəlxalq sularda "əl qoyub".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Rusiya Nəqliyyat Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, ABŞ-ın bu hərkəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Dəniz Hüququ Konvensiyasını kobud şəkildə pozur: "Rusiya qeydiyyatda olan "Marinera" olan neft tankerinin Şimali Atlantikada ABŞ Avropa Komandanlığı tərəfindən ələ keçirilməsi qəbuledilməzdir. O tanker 24 dekabr 2025-ci ildə Rusiya qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun olaraq Rusiya bayrağı altında üzmək haqqına sahibdir. Bu gün təxminən saat 17:00-da açıq dənizdə ABŞ dəniz qüvvələri gəmiyə basqın edərək, onu ələ keçirib. Həmin andan gəmi ilə əlaqə kəsilib. Bu, 1982-ci il BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasının müddəalarına ziddir. Bununla da açıq dənizlərdə sərbəst naviqasiya qaydaları tətbiq olunur və heç bir dövlətin digər dövlətlərin yurisdiksiyası altında müvafiq qeydiyyatdan keçmiş gəmilərə qarşı güc tətbiq etmək hüququ yoxdur".
Nazirlik bildirib ki, hazırda gərəkli hüquqi və siyasi addımlar üzərində iş gedir.
Xatırladaq ki, ABŞ bu tankeri 2024-cü ildən bəri "qanunsuz neft daşıma" iddiası ilə müsadirə etdiyini açıqlayıb.
Samir Musayev
MİA.AZ