Braziliyalı ulduz futbolçu Neymar "Santos"la müqaviləsinin müddətini uzadıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, futbolçu ilə klub rəhbərliyi  2026-cı ilin dekabr ayının sonuna qədər anlaşmaya imza atıblar.

Xatırladaq ki, 2026-cı il FİFA Dünya Kuboku heyətinə can atan Neymar 2025-ci ilin yanvar ayından "Santos"a dönüb. 33 yaşlı oyunçu zədələr səbəbindən 2023-cü ildən bəri Braziliya Milli Komandasında oynamayıb. O, "Barselona" və PSJ-dən  sonra 2023-cü ilin avqust ayında Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasına keçib. Həmin ilin oktyabrında isə ağır zədə alaraq təxminən bir il futbol oynamayıb.

Zülfiyyə

MİA.AZ