Prezident Donald Trampın əmri ilə yanvar ayının 3-də yataq otağından əməliyyatla qaçırılan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının (xanmının alnında xəsarət izi daha böyükdür-Mia.az) məhkəməyə aparılarkən həm axsamaları, həm də üz nahiyələrində zərbə izlərininin aydın görünməsi diqqəti onların döyülməsinə yönəlldib
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ administrasiyası kütləviləşən və böyük müzakirələr yaradan iddialara, nəhayət, izahat verib.
ABŞ Administrasiyası məhkəmədə üzə çıxan faktalara münasibətdə bəyan edib ki, onlara qarşı bilərəkdən zoraklıq edilməyib: "Maduro və həyat yoldaşı döyülməyib, hər hansı qəsdli zorakı halla üzləşməyiblər. Sadəcə, əməliyyat zamanı onları ələ keçirməyə çalışan ABŞ qüvvələrindən qaçmağa çalışarkən başlarını ora-bura çırparaq, xəsarət alıblar".
Maduro və həyat yoldaşı Nyu-Yorka gətirilib və məhkəmələri başlayıb. Növbəti proses martın 17-nə təyin olunub.
Samir Musayev
MİA.AZ