Ptezident Nikolas Maduronun yataq otağında ABŞ hərbçiləri tyərəfindən qandallanmasından sonra Venesuelada baş verən hadisələri işıqlandıran xarici jurnalistlər hədəfə alınıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təhlükəsizlk qüvvələri bu həbsdən sonra Venesuelada baş verən hadisələri işıqlandıran xarici jurnalistləri həbs etməyə başlayıb.

Məlumata görə, paytaxt Karakasda ən azı 14 xarici jurnalist saxlanılıb.

Xəbərdə deyilir ki, saxlanılan jurnalistlərdən biri qısa sorğu-sualdan dərhal sonra deport edilib: "Bəzi jurnalistlərin hərbi əks-kəşfiyyat bölmələri, digərlərinin isə kəşfiyyat xidmətləri tərəfindən saxlanılıb. Onların avadanlıqları, telefonları xüsusi yoxlamadan keçrilir..."

Hüseyn Namazov

MİA.AZ