İstefa verən daha bir deputat Ərdoğanın partiyasına qatılır.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, ötən ilin iyul ayında sabiq Baş nazir Əhməd Davudoğlunun sədri olduğu
Gələcək Partiyasından istefa verən deputat İsa Məsih Şahin AK Partiyasına üzv olmağa hazırlaşır.
Məlumata görə, onun döş nişanını yaxın günlərdə şəxsən Ərdoğan taxacaq.
Xatırladaq ki, İsa Məsih Şahin Gələcək Partiyasının üzvü olsa da, son seçkidə müttəfiqlik etdikləri CHP-nin vahid siyahsının hesabında İstanbuldan deputat seçilib.
Firudin Səfərli
MİA.AZ
