Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-də kadr dəyişikliyi olub.
Mia.az Banker.az-a istinadla xəbər verir ki, Nuranə Teymurova “Azərlotereya”da Marketinq üzrə Baş Direktor vəzifəsinə təyin edilib.
Nuranə Teymurova bu təyinata qədər “PAŞA Sığorta”nın Rəqəmsal və Pərakəndə Biznes Blokunun rəhbəri olub.
O, 2015-2020-ci illər PAŞA Sığorta şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. 2020-ci ildən etibarən PAŞA Sığortanın Agile İdarəetməsinə keçid prosesində iştirak edib, 2021-ci ildə şirkətin Agile Transformasiyası Ofisinin rəhbəri vəzifəsinə yüksəlib. Nuranə Teymurova şirkətin Agile Transformasiyasına rəhbərlik etmiş və yeni təşkilati modelin qurulmasında, Avto və Əmlak Sığortası Blokunun, Tibbi Sığorta və Rəqəmsal Blokun yaradılmasında iştirak edib.