Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Trampın əmri ilə ölkəsində yatdığı yerdə ələ keçirilərək Nyu-Yorka gətirilən Venesuela Prezidenti Maduro və həyat yoldaşı Flores dünən ilk dəfə hakim qarşısına çıxarılıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, prosesdə "mən evimdən ABŞ tərəfindən qaçırılmışam, dürüst və günahsızam" deyə hayqıran Maduronun növbəti prosesi martın 17-nə təyin edilib.

Bu müddətə qədərsə, onun saxlanacağı qorxunc çox kiçik təkadamlıq hücrənin (həbsxana kamerası) görünüsü yayılıb.

Aydın olub ki, Maduro  həbsxanada pəncərələri olmaayan və qeyri-kafi gigiyena şəraitli, lakin daha möhkəm dəmirbarmaqlıqlı təkadamlıq kamerada saxlanılacaq. Onun yoldaşı həyat yoldaşı Cilia Floresin isə harada saxlanılacağı haqda xəbər verilməyib.

Mia.az xarici mətbuata istinadla Nikolas Maduronun qalacağı qorxunc hücrənin görüntüsünü təqdim edir:

Samir MUSAYEV

MİA.AZ