ABŞ-ın Venesuela prezidenti Maduro və arvadını cəmi 6 dəqiqəlik əməliyyatla yataq otağında həbs etməsi prosesinə ölkənin güc qurumlarının seyrçi qalması faktı dünya xəbərlərinin əsas mövzularından biri olaraq qalır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gün Maduronun oğlu atasının komandası tərəfindən satılmasını açıqlayıb.
O bildirib ki, tarix bu şəxsləri ifşa edəcək: "Onlar tarixə və xalqa zamanı gəldikdə cavab verəcəklər".
Kolumbiyanın keçmiş vitse-prezidenti Santos Kalderon isə bu əməliyyatla bağlı dünn and içərək ölkənin müvəqqəti prezident təyin olunmuş Delsi Rodrigezi ittiham edib. Sabiq vitse-prezident onu açıq-aşkar "sartqın" adlandırıb: "Maduronu satan şəxs odur! Mən və Venesuelanın məxfi quurmları bunu dəqiq bilir. Bəli, Madurnu məhz bu adam ABŞ-a təhvil verib. Buna tamamilə əminəm".
Xatırladaq ki, solçu ailədən olan və Hugo Chavez dövründən bəri ölkədə müxtəlif vəzifələr tutan 57 yaşlı Delsi Rodrigez 2017-ci ildən bəri Venesuelanın vitse-prezidenti vəzifəsində çalışıb. O, Maduronun saxlanmasına əvvəl sərt reaksiya versə də, cəmi bir gün sonra Trampa əməkdaşlıq əlini uzadıb. Venesuela ordusu da onun müvəqqəti prezident təyinatını dəstəkləyib.
Samir MUSAYEV
MİA.AZ