Yaponiyada güclü zəlzələ baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyindən məlumat verilib.
Bildirilib ki, episentri Şimane prefekturasında olan 6.2 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ Şimane ilə yanaşı, Tottori, Okayama və Xirosimada qorxu yaradıb.
İlkin məlumata görə, bir neçə nəfər xəsarət alsa da, ölən və böyük dağıntılar yoxdur: "Zəlzələdən sonra 3.2 ilə 5.4 bal arasında çoxsaylı afterşoklar davam edir"
Samir Musayev
MİA.AZ