“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin yeni baş direktoru və qanuni təmsilçisi Samir Qibləliyev vəzifəli şəxsin yaxın qohumudur.
“Yeni sabah”ın əldə etdiyi xəbərə görə, o, Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Eldar İbrahimovun kürəkənidir.
Samir Qibləliyev son təyinatadək Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertiza İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru vəzifəsində Rəşad Daşdəmirov işləyib. Şirkətin faktiki rəhbəri isə Ruslan Eyyubov olub. Onların hər ikisi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. R.Daşdəmirov və R.Eyyubov qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində ittiham olunurlar və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Ruslan Eyyubov Prezident Katibliyinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.
***
Rəisi həbs olunan "Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı"na yeni direktor təyinatı həyata keçirilib
Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Qibləliyev Samir Vaqif oğlu "Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı"nın baş direktoru və qanuni təmsilçisi olub.
Qeyd edək ki, Samir Qibləliyev uzun illər Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Bundan əvvəl "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin qanuni təmsilçisi və baş direktoru Rəşad Daşdəmirov idi. Ötən ilin dekabr ayında o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
O, xüsusilə külli miqdarda qaçaqmalçılıqda və başqa ağır cinayələrdə ittiham edilir. İş üzrə dəymiş ziyan 3 milyon manatdan artıqdır.