Siyəzən rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Mia.az Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə martın 12-si saat 16 radələrində rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1999-cu il təvəllüdlü Esmira Gülləddin qızı Məmmədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Xəstəxanaya yerləşdirilən E.Məmmədova martın 13-də xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.