Ötən gecə qəfildən Venesuelaya zərbələr endirməyə başlayan ABŞ hərbi qüvvələri sözügedən ölkənin Prezidenti Nikolas Maduro və ailəsini ələ keçirib.
Mia.az xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabında yazıb.
O bildirib ki, uğurlu əməliyyatla Maduro və arvadı Silia Flores ələ keçirilərək ölkədən çıxarılıb: “ABŞ təhlükəsizlik qüvvələri möhtəşəm əməliyyat keçirib. Bu gün saat 20.00-da mətbuat konfransında detalları açıqlayacam".
***
Venesuela dövlət televiziyası Maduro və həyat yoldaşının qaçırıldığını təsdiqləyib: "İmperialist qüvvələr Prezident Madurounu qaçırdı. Maduro və xanımının harada olduğunu bilmirik. Onların həyatda olduqlarına dair sübut istəyirik"
Samir MUSAYEV
mia.az