Telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova vəfat edib.
Mia.az xəbər verir ki, 62 yaşlı Nailə Əkbərova uzun müddətdir xəstəlikdən əziyyət çəkib.
Xatırladaq ki, o, jurnalist fəaliyyətinə 1981-ci ildə AzTV-də başlayıb. 1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra, 2006-cı ildə “Space” telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə “TRT” telekanalında fəaliyyət göstərib.
N.Əkbərova eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarındandır.