"Fənərbağça" komandasının  fanklubunun lideri İbrahim Gümüştekin güllələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə İstanbulun Kadıköy rayonunda baş verib.

Məlumata görə, İbrahim Gümüştekinə Kadıköydə silahla hücum olub: "Güllələnən fanklub lideri xəstəxanaya yerləşdirilib".

İnsidenti kim və ya kimlərin nə üstə törətməsi haqda xəbər verilməyib.

Yeri gəlmişkən, İbrahim Gümüştek bu ilin yanvar ayının 11-də də hücuma məruz qalıb. Həmin vaxtı onunla bir yerdə olan 24 yaşlı Şükrü Can Köseoğlu ölüb.

Fərid ASLAN

MİA.AZ