“Qarabağ” klubunun və Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyev 2025-ci ilin ən yaxşı futbolçusu seçilib.

Mia.Az saytına daxil olan məlumata görə, 25 yaşlı müdafiəçi “Futbol+” qəzetinin 1999-cu ildən bəri keçirdiyi ənənəvi sorğunun qalibi olub.

Qeyd edək ki, Elvin Cəfərquliyev sayca 27-ci dəfə təşkil olunan sorğuda bütün rəqiblərini qabaqlayıb. Sorğunun rəsmi nəticələri “Futbol+” qəzetinin 30 dekabr tarixli buraxılışında açıqlanacaq.

P.S. Yazıya əlavə olunmuş fotolar Elmir Kərimova məxsusdu.

Zülfiyyə Mustafayeva

MİA.AZ