Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tutduğu vəzifədən azad olunacaq.
Məlumata görə, icra başçısının bu postdan getməsinin zərurililiyi ilə bağlı Prezident Administrasiyasının rəhbərliyində ümumi rəy formalaşıb.
Buna əsas səbəb isə Qəzənfər Ağayevin PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin köhnə və sadiq kadrlarından biri olmasıdır.
Onu da qeyd edək ki, Qəzənfər Ağayev ləğv edilən Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovun qudasıdır. Hər iki şəxs öz karyerasında Ramiz Mehdiyevin himayədarlığı ilə yüksəlib.
Hətta bu xidmətlərin müqabilində Qüdrət Qurbanovun Mehdiyevə uzun illər əvvəl 4 yük gəmisi hədiyyə etdiyi də bildirilir(gununsesi.info).
Mia.az-a daxil olan məlumata görə, təkcə Q.Ağayev deyil, Ramiz Mehdiyevin adamı olan Qazaxın icra başçısı Rəcəb Babaşov, Tərtərin icra başçısı Müstəqim Məmmədov, Bəylər Eyyubova yaxın olan və ona "boss" deyə xitab edən Bərdənin icra başçısı Vidadi isayev, Gəncənin icra başçısı Niyazi Bayramov, Sumqayıtın icra başçısı Zakir Fərəcov, Sabunçunun icra başçısı və daha bir neçə icra başçısı Adil Vəliyev də yol üstündədir...
MİA.AZ