Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nizami Yusifli nazirin müşaviri vəzifəsinə təyin edilib.

Mia.az xəbər veirr ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami Yusifli bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə ixtisası üzrə alıb, magistratura təhsilini isə maliyyə bazarları ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə "EY Azerbaijan" (Ernst & Young) şirkətində başlayan Nizami Yusifli 2020-ci ildən etibarən Azərbaycan İnvestisiya Holdinqində (AİH) müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Peşəkar fəaliyyəti dövründə maliyyə nəzarəti, audit, dövlət aktivlərinin idarə olunması, strateji planlaşdırma, korporativ idarəetmə və investisiya sahələrində geniş təcrübə qazanıb.

Nizami Yusifli eyni zamanda bir sıra özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında maliyyə uçotu və korporativ maliyyə fənləri üzrə dərs deyib.

***

Elm və təhsil naziri Emin Əmrullayevə yeni müşaviri təyin edilib.

Məlumata görə, müvafiq əmrlə Nizami Yusifli Elm və təhsil naziri Emin Əmrullayevin müşaviri vəzifəsinə gətirilib.

Qeyd edək ki, Nizami Yusifli bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqində çalışıb/Manset.