Türkiyə futbolunu qumar/mərcləri oyunları silkələməkdə davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün aralarında "Qalatasaray"ın keçmiş icraçı direktoru Erden Timur da olmaqla daha 26 nəfər məhkəməyə sövq olunub.
Məlumata görə, İstanbul prokurorluğunda ifadələıri alınan Erden Timur, "Eyüpspor"un vitse-prezidenti Fatih Kulaksız, Buğra Cem İmamoğluları da daxil olmaqla 26 şübhəli barədə məhkəmə qərar verəcək.
Məlumatda deyilir ki, şübhəlilərin bank hesabları, yazışmaları onların mərc oyunlarında aktiv iştirak edərək, bəzi matçların nəticəsinə təsir göstərmələri barədə iddialar var: "14 futbolçu isə öz oyunlarına pul qoyaraq birbaşa nəticəyə tərsir göstəriblər".
Firudin Səfərli
MİA.AZ