Sumqayıt şəhərində aparılan tikinti təhlükəli vəziyyət yaradıb.

Mia.az xəbər verir ki, bu barədə sosial mediada ərazidə yaşayan sakinlər həyəcan təbili çalıblar.

Yyaılan videodan görünür ki, şəhərin 15-ci məhəlləsində - "Asan-Xidmət"in arasında beşmərtəbəli binaya az qala bitişik ərazidə aparılan tkintinin qanunvericiliyə nə qədər uyğun olması mütləq və mütləq araşdırılmalıdır: "Beşmərtəbli binanın bir neçə metrliyində qaydalara uyğun bərkitmə işləri aparılmadan necə bu şəkildə dərin fundament qazmaq, yeni tiklinin təməlini artmaq olar?

Fakt budur ki, qazıntı işləri torpaq sürüşməsi təhlükəsini artırıb. Bu isə bir neçə addmlıqdakı beşmərtəbəli binanın çökməsi riski yaradıb...".

Sakinlər isə  deyir ki, hələ qarşıda burada başlayacaq tikinti və ağırtonnajlı maşınların hərəkətini də nəzərə alsaq, təhlükənin hansı səviyyədə olduğunu təsvir etmək o qədər də çətin deyil: "Ümumiyyətlə,  beşmərtəbli binanın bir neçə addımlığında belə tikintiyə icra başçısı Zakir Fərəcov necə icazə verib? Yəni, şəhərdə dərəbəylik bu həddəmi çatıb?!".

Məsələ ilə bağlı rəsmi mövqeyi də yaymağa hazırıq.

Hüseyn Namazov

MİA.AZ