Rusiyada İslam bankı yaradılır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Rusiya Dövlət Dumasının Maliyyə Bazarları Komitəsinin rəhbəri Anatoli Aksakov Tatarıstan Respublikasının paytaxtı Kazanda tədbirdə açıqlayıb.
Onun sözlərinə görə, bu istiqamətdə intensiv iş aparılır: "Artıq biznes liderləri və müsəlman nümayəndələri ilə İslam bankının yaradılması ilə bağlı məsləhətləşmələr aparılıb. Biz Rusiyada İslam bankının yaradılması üçün intensiv iş görürük. Həmçinin ərəb ölkələri ilə belə bir bankın yaradılmasına necə töhvə verə biləcəklərini müzakirə edirik".
O bildirib ki, Rusiyada müsəlman əhalinin sayının 2033-cü ilə qədər ölkə əhalinsinin 30 faizinə yetişəcəyi txəmin olunur: "Bu da İslam Bankının yaradılmasını aktuallaşdırır"
Samir MUSAYEV
MİA.AZ