Səudiyyə Ərəbistanından iki klub "Fənərbağça"nın mərakeşli hücumçusu Yusif Ən Nesiri transfer etmək üçün yarışa girib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Əl İttihad" və "Əl Əhli" klublarının rəsmiləri Yusif Ən Nesiri ilə bağlı İstanbul klubunun yetkililəri ilə danışıqlara başlayıblar.
Məlumata gərə, onlar İstanbul klubuna 30 milyon civarında transfer haqqı təklif etsələr də, rədd cavabı alıblar: ""Fənərbağça" hücumçu üçün azı 35 milyon avro istəyir. Hazırsda hər iki klubla danışıqlar davam edir".
Fərid ASLAN
MİA.AZ