Türkiyədə minimum əmək haqqı qalxıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə qərar "Rəsmi Qəzet"də dərc edilib.
Qərara əsasən, minimum maaşlar dekabrın 23-dən günlük 1101 (aylıq 33030 TL - təxminən 1308 manat- Mia.az) səviyyəsindən hesablanacaq: "Bu qərar 2026-cı ilin dekabrın 23-dək davam edəcək. 23 dekabr 2026-cı ildə isə mövcud infliyasiya və digər aspektlər nəzərə alınaraq, maaş artımı davam etdiriləcək".
Fərid ASLAN
MİA.AZ