Türkiyə futbolunda mərc/qumar oyunları istiqamətində əməliyyatlar davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkəni sarsıdan futbol mərcləri ilə bağlı istintaq dərinləşir.
Məlumata görə, dünən Federasiyanın 30 hakimi "qara siyahı"ya almasının səs-küyü bitməmiş, 14 futbolçu olmaqla daha 29 nəfərin də eyni ittihamla saxlanılama xəbəri yayılıb.
Məlumata görə, haqqında həbs qərarı verilən şəxslər arasında "Qalatasaray"ın keçmiş icraçı direktoru Erden Timur da var.
İstanbul Prokurorluğundan bildirilib ki, saxlanılanların bütün şübhəli hesabları araşdırılaraq əsaslı sübutlar əldə olunub:
"Bu gün haqlarında əsaslı sübutlar ədə olunmuş aşağıdakı 29 nəfər saxlanılıb:
1. Bahattin Berke Demircan
2. Doğukan Çınar
3. Ergün Nazlı
4. Eyüp Can Temiz
5. Furkan Dəmir
6. Gökhan Payal
7. Hamit Bayraktar
8. Hüseyin Aybars Tüfekçi
9. İbrahim Yılmaz
10. İlke Tankul
11. İsmail Karakaş
12. Mert Aktaş
13. Mustafa Çeçenoğlu
14. Tufan Kelleci
15. Erden Timur
16. Figen Özkaya
17. Emrah Günaydı
18. Burak Söyleyen
19. Fatih Kulaksız
20. Ecem Alkaş
21. Ecrin Qorxmaz
22. Esat Bilək
23. Mirzə Şərifoğlu
24. Enes Bartan
25. Hakan Çakır
26. Serhat Ölmez
27. Umut Esel
28. Buğra Cem İmamoğulları
29. Burcu Kurt".
Fərid ASLAN
MİA.AZ