Polşanın Fransadakı səfiri Yan Emerik Roşçizevskini diplomunun saxta olması barədə iddia yayılıb.

Mia.az xarici mətbuata istiandla xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi iddialara aydınlq gətirib.

Bildirilib ki,bu iddia ilə bağlı səfir Yan Emerik Roşçizevski Parisdəki vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılıb: "İddialar aydınlığa qovuşana qədər o, səfir vəzifəsindən geri çağırılıb...".

Xatırladaq ki, o, 2022-ci ildə Parisə səfir göndərilib.

Polşa mediası yazır ki, səfir "Collegium Humanum" özəl universitetindən saxta yolla diplom əldə edib.

Saxlanılan və sonra sərbəst buraxılan Roşçiszevski isə ittihamları rədd edir:.

Samir Musayev

MİA.AZ