Prezidentin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsi ilə görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev sosial media hesabında aşağıdakı açıqlamanı verib: "Avropa İttifaqının Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Eduard Stiprais ilə regional əməkdaşlıq, xüsusilə əlaqəlilik, eləcə də Trans-Xəzər və TRIPP layihələri ilə bağlı səmərəli müzakirələr apardıq. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasında tam üzvlüyü nəzərə alınmaqla, bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur"