Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ümumi ehtiyatları artıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TCMB həftəlik hesabat yayıb.

Hesabata əsasən, əvvəlki həftə ilə müqayisədə  Mərkəzi Bankın ümumi valyuta ehtiyatı 1,507 milyard dollar artaraq 192,312 milyard dollara yüksəlib:  "Bu dövrdə qızıl ehtiyatları da 750 milyon dollar artaraq 112,153 milyard dollardan 112,903 milyard dollara yüksəlib".

Lamiyə Əhmədli

MİA.AZ